![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
International Monetary Fund-ın (IMF) rəhbəri Kristalina Georgieva kriptovalyutalar haqqında kəskin açıqlama verib.
BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, o, açıqlamasında deyib ki, kriptovalyutalar heç nədir və onlar qanuni ödəniş vasitəsi kimi qəbul edilə bilməz. “Sektorun tənzimlənməsi üçün çox güclü təkan olmalıdır”, – deyə xanım Kristalina sözlərinə əlavə edib.
“Əgər qaydalar uğursuzluqla nəticələnirsə və onların tətbiqi yavaşdırsa, bu halda bu aktivlərdən istifadəni qadağan etmək lazımdır, çünki onlar maliyyə sabitliyi üçün risklər yaradır”.