Home » OPEC: Azərbaycanda gündəlik neft hasilatı iyunda azalıb

OPEC: Azərbaycanda gündəlik neft hasilatı iyunda azalıb

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycanda bu ilin iyun ayında orta gündəlik xam neft hasilatı 456 min barel təşkil edib.

BBN.az Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir ki, bu göstərici may ayı ilə müqayisədə 2 min barel azdır. Belə ki, may ayında ölkədə gündəlik neft hasilatı 458 min barel olub.

Hesabata görə, Azərbaycanın orta gündəlik neft hasilatı bu ilin birinci rübündə 454 min barel, ikinci rübündə isə 457 min barel səviyyəsində qeydə alınıb.

OPEC-in məlumatında qeyd olunur ki, 2025-ci ildə Azərbaycanda gündəlik xam neft hasilatı orta hesabla 461 min barel təşkil edib.

Beləliklə, cari ilin ilk yarısında ölkədə neft hasilatı əvvəlki illə müqayisədə nisbətən aşağı səviyyədə qalıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.