Home » ABA-nın “İT və İT təhlükəsizlik Ekspert Qrupu”na yeni sədr təsdiqləndi

ABA-nın “İT və İT təhlükəsizlik Ekspert Qrupu”na yeni sədr təsdiqləndi

by bbnadm
0 comments 4 views 1 minutes read

Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin 30 mart 2023-cü il tarixində keçirilmiş iclasında “İT və İT təhlükəsizlik Ekspert Qrupu”na sədr vəzifəsinə “PAŞA Bank”ın Texnologiya blokunun baş direktoru Vüsal Xəlilovun namizədliyi təsdiqlənmişdir.

Vüsal Xəlilov İT və rəqəmsallaşma sahəsində 15 ildən artıq təcrübəyə malikdir. Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat fakültəsi”nin magistr dərəcəsini bitirən və “Oracle” şirkətinin “OCM” sertifikatının sahibi olan Vüsal Xəlilov, ADA Univesitetinin “MBA” proqramının da məzunudur.

Vüsal Xəlilov 2016-ci ildən “Azercell Telekom”, 2018-ci ildən isə “PAŞA Bank”da məhsul və xidmətlərin yaradılması və rəqəmsal mühəndislik bölməsi kimi strateji funksiyalara rəhbərlik edib. 2021-ci ildən “PAŞA Bank”ın Texnologiya blokunun baş direktoru vəzifəsində çalışmaqdadır.

Xatırladaq ki, ABA-nın nəzdində bank-maliyyə sektorunun müxtəlif istiqamətlərini əhatə edən 14 Ekspert Qrupu fəaliyyət göstərir.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.