Home » Bu ilin ilk 3 ayında respublika üzrə elektrik enerjisi istehsalı 7,7 faiz artıb

Bu ilin ilk 3 ayında respublika üzrə elektrik enerjisi istehsalı 7,7 faiz artıb

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

2023-cü ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, 3 ay ərzində respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 551,7 mln. kVt·st, yəni 7,7 % artaraq 7 756,2 mln. kVt·st olub.

Hesabat dövründə elektrik enerjisinin istehsalı keçən ilin yanvar-mart aylarına nisbətən İES-lərdə 527,3 mln. kVt·st artaraq 7 387,4 mln. kVt·st, SES-lərdə 24,7 mln. kVt·st artaraq 277,9 mln. kVt·st, digər mənbələr üzrə isə 0,3 mln. kVt·st azalaraq 90,9 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 15,5 mln. kVt·st, günəş elektrik stansiyalarında 13,4 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 62,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

3 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 7 043,4 mln. kVt·st (İES-lərdə 6 781,1 mln. kVt·st, SES-lərdə 262,3 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 87,3 mln. kV·st (İES-lərdə 61,5 mln. kVt·st, SES-lərdə 13,6 mln. kVt·st, Günəş ES-də 12,2 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 11,8 mln. kVt·st,  müstəqil elektrik stansiyaları üzrə 613,7 mln. kVt·st təşkil edib.

2023-cü ilin yanvar-mart ayları ərzində elektrik enerjisinin idxalı 31,3 mln. kVt·st, ixracı isə 1 238,9 mln. kVt·st olub.

Qeyd edək ki, 2023-cü ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 269,4 mln. kVt·st və ya 11,7 % artaraq 2579,3 mln. kVt·st olub. Mart ayında elektrik enerjisinin idxalı 10,2 mln. kVt·st, ixracı isə 402,9 mln. kVt·st təşkil edib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.