Home » “Saudi Aramco” 2023-cü ilin ilk rübündəki qazancını açıqlayıb

“Saudi Aramco” 2023-cü ilin ilk rübündəki qazancını açıqlayıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Dünyanın ən böyük neft şirkəti “Saudi Aramco” 2023-cü ilin I rübü ilə bağlı maliyyə nəticələrini açıqlayıb. Şirkət I rübdə 31.88 milyard dollar gəlir əldə etdiyini elan edib ki, bu da “Google”, “Meta”, “Nvidia”, “Amazon”, “Tesla”nın hamısının birgə gəlirindən daha çoxdur. 

BBN.az xəbər verir ki, bu haqda Eddie Donmez özünün LinkedIn platformasında qeyd edib. 

2022-ci ildə isə şirkət rekord həcmdə 161 milyard dollar gəlir əldə etdiyini elan etmişdi, bu isə bir öncəki illə müqayisədə 46% artmışdır. Bu isə dövlət əsaslı şirkətlər arasında qeyd edilən sayda gəlir əldə edən ilk kompaniya hesab olunurdu. Neftin qiymətlərinin hər 10 dollar yüksəlməsi isə “Saudi Aramco”ya ildə əlavə 40 milyard dollar gəlir mənasına gəlir. 

Qeyd etmək yerinə düşər ki, Eddie Donmez-in sözlərinə əsasən 2023-cü ilin I rübündə “Google” 15.0, “Meta” 5.7, “Nvidia” 1.4, “Amazon” 3.2, “Tesla” isə 2.5 milyard dollar gəlir əldə etdiyini elan etmişdir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.