Home » Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 21% artıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 21% artıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 4 580 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 % çox vəsait yönəldilib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə son 1 ildə neft-qaz sektoruna investisiyalar 25,8%, qeyri-neft-qaz sektoruna investisiyalar isə 18,5% artıb.

4 ay ərzində istifadə olunmuş vəsaitin 2 620,2 milyon manatı və yaxud 57,2%-i məhsul istehsalı sahələrinə, 1 702,5 milyon manatı və yaxud 37,2%-i xidmət sahələrinə, 257,3 milyon manatı və yaxud 5,6%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 3 344 milyon manatını və yaxud 73%-ni daxili vəsaitlər təşkil edib, 3 252 milyon manatı və yaxud 71%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 47,1%, büdcə vəsaitləri 36,7%, əhalinin şəxsi vəsaitləri 6,8%, bank kreditləri 3,7%, sair vəsaitlər isə 5,7% təşkil edib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.