Home » Rabitəbank-da İdarə Heyətinə yeni təyinat

Rabitəbank-da İdarə Heyətinə yeni təyinat

by bbnadm
0 comments 1 views 1 minutes read

Natiq Novruzov “Rabitəbank” ASC-nin İdarə Heyətinin üzvü (Baş risk inzibatçısı) təyin edilib.

20 illik bank təcrübəsinə malik olan Natiq Novruzov 2003-2005-ci illərdə “Aqrarkredit” QSC-də mühasib və aparıcı kredit mütəxəssisi, 2005-2007-ci illərdə “İcraçı Kredit Agentliyi” MMC-də monitorinq şöbəsinin rəisi, 2007-2010-cu illərdə isə “CredAgro” BOKT-da filial müdiri kimi müxtəlif vəzifələrdə çalışmışdır.

2010-cu ildə “Rabitəbank” ASC-nin “Kreditlərin Təhlili” Şöbəsində müdir kimi başlamışdır. 2011-2013-cü illərdə “Rabitəbank” ASC-nin Risklərin İdarə Edilməsi Departamentində Direktor müavini, 2013-2020-ci illərdə isə “Kreditlərin Təhlili” Departamentinin Direktoru vəzifəsində çalışmışdır.

2020-ci ildən “Rabitəbank” ASC-nin Risk üzrə Baş Direktorun Müavini vəzifəsində çalışırdı.

Natiq Novruzov 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr, 2008-ci ildə isə eyni ixtisas üzrə magistr dərəcəsini almışdır.

2017-ci ildə Böyük Lüksemburq Hersoqluğu hökuməti tərəfindən həyata keçirilən “Risklərin İdarə Edilməsi” üzrə sertifikatlaşdırma proqramını, 2021-ci ildə isə Boğaziçi Universitetinin təşkil etdiyi mini MBA proqramını uğurla başa vurub.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.