Home » Mərkəzi Bank iki bank olmayan kredit təşkilatının lisenziyalarını ləğv etdi

Mərkəzi Bank iki bank olmayan kredit təşkilatının lisenziyalarını ləğv etdi

by anar
0 comment 13 views 1 minutes read

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bank olmayan kredit təşkilatlarının fəaliyyəti və onların dayanıqlı idarəetməsinin gücləndirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır.

Bu məqsədlə mövcud qanunvericilikdə qabaqcıl və müsbət təcrübələr əsasında mütəmadi təkmilləşdirilmə işləri aparılır, bank olmayan kredit təşkilatları sektorunun inkişafı üzrə strategiyaların formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bununla yanaşı, bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində qanunvericiliyin və Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərinə riayətin təmin edilməsi məqsədilə zəruri göstərişlər verilir və onların icrası nəzarətdə saxlanılır.

Görülmüş işlər nəticəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fəaliyyətində yol verilmiş pozuntuların aradan qaldırılması barədə nəzarət orqanının göstərişlərinə əməl edilməməsi ilə əlaqədar “Gold Finance” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin lisenziyası və “Viza Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin lisenziyası Mərkəzi Bankın İdarə Heyətinin 31 may 2023-cü il tarixli Qərarı ilə ləğv edilmişdir. Qeyd olunmalıdır ki, adı çəkilən təşkilatlar tərəfindən müştərilərə verilmiş kreditlər tam həcmdə “ümidsiz aktiv” təsnifat kateqoriyasında olmuş və kapital tələbləri pozulmuşdur. Bundan əlavə, sözügedən təşkilatlar tərəfindən son bir neçə il ərzində kreditləşmə fəaliyyəti ümumiyyətlə həyata keçirilməmişdir. Bununla əlaqədar, kapitalın bərpası və aktivlərin keyfiyyətinin yaxşılaşdırılması üçün Mərkəzi Bank tərəfindən onlara möhlət və aidiyyəti göstərişlər verilsə də, həmin təşkilatlar tərəfindən zəruri tədbirlər həyata keçirilməmişdir.

“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.