Home » “Ferrum Kapital” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

“Ferrum Kapital” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

by Aytac
0 rəy 20 baxış 1 dəqiqə oxuma

4 iyul 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı “Ferrum Kapital” QSC-nin ümumi dəyəri 2,500,000 (iki milyon beş yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

6 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında “Ferrum Kapital” QSC-nin ümumi dəyəri 2,500,000 (iki milyon beş yüz min) manat olan istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN İstiqrazların növü və forması İstiqrazların sayı Nominal Dəyəri  

 

Hərrac  tarixi

İllik faiz dərəcəsi Ödəmə periodu Tədavül

müddəti

AZ2014022282 Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar 2500

(ədəd)

1,000 manat  

 

06.07.2023

13 % 90 gündən bir 24 ay

 

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.