0

Beynəlxalq əmtəə bazarlarında qiymətli metalların qiymətində fərqli dinamika müşahidə olunub. Son ticarət sessiyasında qızılın qiyməti artdığı halda, gümüş ucuzlaşıb.
BBN.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,1 faiz yüksələrək 4 101 ABŞ dollarına çatıb.
Eyni zamanda, COMEX birjasında gümüşün bir unsiyası 1,24 faiz dəyər itirərək 57,37 ABŞ dolları səviyyəsində ticarət olunub.
Beləliklə, qiymətli metallar bazarında qızıl müsbət dinamika nümayiş etdirsə də, gümüş üzrə eniş tendensiyası davam edib.




