Home » Azərbaycan və Türkiyə iş adamları arasında “B2B” görüş keçiriləcək

Azərbaycan və Türkiyə iş adamları arasında “B2B” görüş keçiriləcək

by Aytac
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Bakıda fəaliyyətə başlayacaq Türkiyənin texnologiya və innovativ həllər təklif edən şirkətləri ilə yerli sahibkarlar arasında “B2B” görüş təşkil ediləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) tərəfdaşlığı, Bilişim Vadisi Bakı və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə keçiriləcək görüşün əsas məqsədi iki ölkə sahibkarları arasında əməkdaşlığın inkişaf etdirilməsidir.

13 iyul tarixində, saat 14:30-da “Point Hotel Baku”da (Bakı şəhəri, Kazım Kazımzadə küç.,118/560) keçiriləcək görüşdə texnologiya və innovativ həllər təklif edən türk şirkətləri ilə biznes və əməkdaşlıq əlaqələri qurmaq və ortaq layihəyələr icra etmək istəyən yerli sahibkarlar iştirak edə bilərlər.

Ətraflı məlumat və qeydiyyat üçün aşağıdaki linkə keçid edə bilərsiniz: https://forms.gle/TkzxaBcPGw45dt2NA

Əlaqə telefonu: (+994) 51 230 39 35

Qeyd: görüşdə yalnız qeydiyyatdan keçmiş və iştirakı təsdiq edilmiş sahibkarlar iştirak edə bilərlər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.