Home » KOBİA nüfuzlu şirkətlər ilə Anlaşma Memorandumu imzalayıb

KOBİA nüfuzlu şirkətlər ilə Anlaşma Memorandumu imzalayıb

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

KOBİA, İZİA və Tailandın “Supreme Pharmatech Co., LTD” şirkəti arasında imzalanmış sənəddə əczaçılıq sahəsində birgə tədbirlərin, proqram və layihələrin həyata keçirilməsi, yerli kadr potensialının inkişafına dəstək, KOB-lar üçün təlimlərin təşkili, tədqiqatların aparılması nəzərdə tutulur.

“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) və Tailandın “Supreme Pharmatech Co., LTD” şirkəti arasında əməkdaşlıq haqqında üçtərəfli Anlaşma Memorandumu imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İZİA-nın İdarə Heyətinin sədri Elşad Nuriyev və Tailandın “Supreme Pharmatech Co., LTD” şirkətinin baş direktoru Yuri Nelepçenko imzalayıblar.

Memorandumda əczaçılıq sahəsində birgə tədbirlərin, proqram və layihələrin həyata keçirilməsi, yerli kadr potensialının inkişafına dəstək, KOB-lar üçün təlimlərin təşkili, tədqiqatların aparılması, əczaçılıq və qida əlavələri sektoruna töhfə verə bilmələri üçün KOB-ların məlumatlandırılması və qarşılıqlı əməkdaşlıq, yerli xammal bazasının inkişafı üçün birgə tədbirlərin həyata keçirilməsi də daxil olmaqla əczaçılıq məhsulları istehsalı sahəsində təchizat zəncirinin inkişaf etdirilməsi, əczaçılıq sənayesində fəaliyyət göstərən KOB və startapların inkişafına birgə dəstək, əczaçılıq sahəsində biznes inkubatorların və tədqiqat mərkəzlərinin dəstəklənməsi kimi istiqamətlərdə birgə əməkdaşlıq nəzərdə tutulur.

Həmçinin, tədbir çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) və Tailand-Azərbaycan birgə şirkəti olan “Supreme Pharmatech Manufacturing” MMC arasında Müqavilə imzalanıb.

Tədbir çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İZİA-nın İdarə Heyətinin sədri Elşad Nuriyev, “Supreme Pharmatech Co., LTD” şirkətinin baş direktoru Yuri Nelepçenko və “Supreme Pharmatech Manufacturing” MMC-nin direktoru Müşfiq Hüseynov arasında görüş keçirilib. Görüşdə tərəflər arasında imzalanmış üçtərəfli sənəddən irəli gələn məsələlər, əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, KOBİA-nın dəstəyindən yararlanmış Tailand-Azərbaycan birgə şirkəti olan “Supreme Pharmatech Manufacturing” MMC tərəfindən Pirallahı Sənaye Parkının 2,5 hektar ərazisində bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək. İnvestisiya həcmi 8,3 milyon manat təşkil edən müəssisədə 56 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.