Home » Zakir Nuriyev AzTV-nin “Hədəf” verilişinin qonağı olacaq

Zakir Nuriyev AzTV-nin “Hədəf” verilişinin qonağı olacaq

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bu gün AzTV-də yayımlanan “Hədəf” verilişinin qonağı olacaq.

BBN.az xəbər verir ki, proqramda ölkənin bank-maliyyə sektorunda müşahidə olunan cari tendensiyalar, maliyyə bazarının inkişaf perspektivləri, rəqəmsal transformasiya, bank–müştəri münasibətlərində baş verən yeniliklər, eləcə də sektorun qarşısında duran aktual çağırışlar ətrafında geniş müzakirələr aparılacaq.

Verilişdə həmçinin bank sektorunda həyata keçirilən islahatlar, innovativ maliyyə xidmətləri və rəqəmsallaşmanın maliyyə ekosisteminə təsiri ilə bağlı fikirlər səsləndiriləcək.

Qeyd edək ki, “Hədəf” verilişi 6 avqust tarixində saat 15:00-da AzTV-nin efirində yayımlanacaq.

Bank və maliyyə sektorunda baş verən son yenilikləri izləmək istəyən tamaşaçılar verilişi AzTV-nin efirində izləyə bilərlər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.