KPMG “Microsoft” ilə əməkdaşlığını genişləndirir və növbəti 5 ildən çox müddətə Artırılmış Reallığa (AR) 2 milyard dollar investisiya yatırır.
BBN.az Venturebeat.com-a istinadən xəbər verir ki, KPMG-nin investisiya ayırmağının məqsədi isə professional xidmətlərini inkişaf etdirməkdir.
Qeyd edək ki, bura isə işçi qüvvəsinin modernləşdirilməsi, təhlükəsiz inkişaf və AR həlləri daxildir. Yeni həllərin tətbiqi KPMG-nin qlobalda 265 000-dən çox işçisi üçün kreativliyin genişlənməsi, analizlərin sürətləndirilməsi və strateji həllər üçün daha çox vaxtın ayrılması deməkdir.