Home » “Azerconnect” şirkətinin dəstəyilə beynəlxalq yay məktəbi təşkil olunub

“Azerconnect” şirkətinin dəstəyilə beynəlxalq yay məktəbi təşkil olunub

by ulviyya
0 comment 1 views 1 minutes read

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı və “Azerconnect” şirkətinin dəstəyi ilə 12-16 yaş arası məktəbli və yeniyetmələr üçün “Cyber Summer School – 2023” (CSS) beynəlxalq yay məktəbi təşkil olunub.

BBN.az xəbər verir ki, artıq üçüncü ildir ki, baş tutan yay məktəbi ərzində yerli və xarici mütəxəssislər tərəfindən iştirakçılar üçün kibertəhlükəsizlik sahəsində təlimlər, texnoloji turlar, habelə bu sahədə bilik yarışı keçirilib.

Bu ilin 24-29 iyul tarixlərində baş tutmuş “Cyber Summer School – 2023” yay məktəbinə Azərbaycan, İsrail və Türkiyə ilə yanaşı Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan ümumilikdə 125 iştirakçı cəlb edilib.

Yay məktəbinin bağlanış tədbirində bilik yarışının qalibi olan komandalar “Azerconnect” və digər təşkilatlar tərəfindən mükafatlandırılıb, iştirakçılara sertifikatlar təqdim olunub.

2021-ci ildən etibarən ənənəvi olaraq hər il həyata keçirilən layihənin əsas məqsədi tərəfdaş ölkələrdən olan yay məktəbi iştirakçıları arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi, kibertəhlükəsizlik üzrə bilik, bacarıq və xüsusi həvəsə malik yeniyetmələrin müəyyənləşdirilərək ölkə daxilində və xaricində bir araya gətirilməsi, habelə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişdirilməsinə dəstək verməkdir.

“Azerconnect” şirkəti “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupuna daxildir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.