0
![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
“Azərbaycan Dəmir Yolları” QSC-də maşinist işləmək istəyənlərin 27%-i imtahandan uğurla çıxıb.
BBN.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə qurumdan və kənar təşkilatlardan ümumilikdə 349 nəfər maşinist və maşinist köməkçiləri üçün 3 mərhələli imtahan prosesinə qatılıb.
Sonda 92 namizəd dəmiryol nəqliyyatının idarə edilməsi hüququnu təsdiq edən vəsiqəyə sahib olub, o cümlədən kənar qurumlardan müraciət etmiş 38 namizəddən 15-i imtahanı uğurla başa vurub.