Home » Gürcüstanla Azərbaycanın ticarət dövriyyəsi 10,6% artıb

Gürcüstanla Azərbaycanın ticarət dövriyyəsi 10,6% artıb

by yunus
0 comments 0 views 1 minutes read

Bu ilin yanvar-iyun aylarında Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 691,2 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,6% artıb.

BBN.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Hesabata əsasən, Azərbaycan Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində 5,3% payla Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra beşinci ən böyük ticarət tərəfdaşı olub.

Yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana ixrac edilən məhsulların dəyəri 335,8 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 1,8% azalma deməkdir. Azərbaycan Gürcüstanın ixrac bazarlarında 8,7% payla Qırğızıstan və Çindən sonra üçüncü sırada qərarlaşıb.

Eyni zamanda, Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri 25% artaraq 355,2 milyon ABŞ dollarına yüksəlib. Azərbaycan 3,9% payla Gürcüstanın əsas idxal tərəfdaşları arasında Türkiyə, Rusiya, Çin, ABŞ və Almaniyadan sonra altıncı yeri tutub.

Hesabat dövründə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 12,9 milyard ABŞ dolları olub. Bunun 3,87 milyard dollarını ixrac, 9,05 milyard dollarını isə idxal əməliyyatları təşkil edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.