Home » “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib

by khayale
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Sentyabrın 22-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

Energetika nazirinin müavini, işçi qrupun rəhbəri Samir Vəliyev iclası açıq elan edərək gündəlikdə duran məsələləri təqdim edib. Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev isə Dünya Bankının “B-Ready” hesabatının metodologiyasına uyğun olaraq qanunvericilik sahəsində mümkün islahatlar haqqında danışıb.

İclasda müvafiq hesabatın “Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsində cari ilin üçüncü rübü ərzində yekunlaşdırılmalı olan tədbirlərin icra vəziyyətinə dair məruzə dinlənilib.

Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə) qoşulma” indikatoruna dair sorğunun cavablandırılması və işçi qrupunun əvvəlki iclasında verilmiş tapşırıqların icra vəziyyəti ilə bağlı görülmüş işlər barədə məlumat verilib. Enerji təchizatı şəbəkəsinə qoşulma üzrə elektron müraciətlərin statistikası nəzərdən keçirilib, elektron müraciətlərin təşviqi strategiyaları, həmçinin bu sahədə məlumatların ictimailəşdirilməsi üzrə müzakirələr aparılıb.

Görüş iclasın gündəliyində duran digər mövzular ətrafında səmərəli müzakirələrlə yekunlaşıb. İclasda Energetika və İqtisadiyyat nazirlikləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC, həmçinin işçi qrupuna üzv olan digər dövlət təşkilatlarının nümayəndələri iştirak edib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.