Kiberməkanın inkişaf tendensiyaları, yaranan təhlükələr, risklər və imkanlar “Rəqəmsal İqtisadiyyatlar və Kibertəhlükəsizlik” Beynəlxalq Konfransının diqqət mərkəzində olub. “PROSOL” şirkəti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə İRİA sədrinin müşaviri Şahin Əliyev, İnformasiya Təhlükəsizliyi departamentinin rəhbəri Şahmar Hacıyahyayev və İnformasiya Təhlükəsizliyi Siyasəti və Risklərin İdarə Edilməsi şöbəsinin müdiri İlkin Əzizov iştirak ediblər.
Konfrans kibertəhlükəsizliyin gələcəyi, artan təhdidlər, çağırışlar, bu kontekstdə dövlət və özəl sektorun qarşısında duran vəzifələr, habelə ən qabaqcıl beynəlxalq və yerli təcrübənin mübadiləsi baxımından olduqca faydalı olub.