Home » Mikayıl Cabbarov Türkmənistan Prezidenti ilə ikitərəfli əlaqələrin inkişafını müzakirə edib

Mikayıl Cabbarov Türkmənistan Prezidenti ilə ikitərəfli əlaqələrin inkişafını müzakirə edib

by ulviyya
0 rəy 4 baxış 1 dəqiqə oxuma

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana səfər edib.

BBN.az-ın məlumatına görə bu barədə nazirin “X” sosial şəbəkəsindəki paylaşımda bildirilib.

Məlumata əsasən səfər çərçivəsində Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov nazir Mikayıl Cabbarovu qəbul edib.

“Dövlət başçılarının dostluğa və həmrəyliyə əsaslanan Azərbaycan-Türkmənistan münasibətlərinə verdiyi önəm sayəsində çoxtərəfli əlaqələrin inkişafı qeyd olundu”, – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi 644,767 milyon ABŞ dolları (keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artım) təşkil edib. 56,622 milyon dolları ixrac, 588,145 milyon dolları isə idxalın payına düşür.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.