Home » Beynəlxalq Miqrasiya Təşkilatının regional direktoru ilə görüş olub

Beynəlxalq Miqrasiya Təşkilatının regional direktoru ilə görüş olub

by Aytac
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Manfred Profazi ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkəmizdə miqrasiya siyasətinin təkmilləşdirilməsi, əmək miqrasiyası proseslərinin tənzimlənməsi sahəsində ötən dövrdə aparılan işləri diqqətə çatdırıb.

Bu işlərdə BMqT ilə uğurlu əməkdaşlıq təcrübəsinin mövcud olduğu, BMqT ilə birgə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb. Həmçinin ötən ilin dekabr ayında Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu ilə BMqT-nin Azərbaycan nümayəndəliyi arasında əməkdaşlığa dair Niyyət protokolunun imzalandığı qeyd edilib.

Ölkəmizdə miqrantların, onların ailə üzvlərinin hüquqlarının qorunmasının da daim diqqətdə saxlandığı vurğulanıb.  Eləcə də son illər əmək və məşğulluq sahələrində aparılan islahatlar və əldə olunan uğurlar, əmək qanunvericiliyinin əmək bazarında yeni çağırışlara uyğun təkmilləşdirilməsi işləri barədə məlumat verilib.

Görüşdə BmqT ilə əməkdaşlıq əlaqələrinə və gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.