Home » Mərkəzi Bankın sədri Mərakeş Krallığında bir sıra görüşlər keçirmişdir – Foto

Mərkəzi Bankın sədri Mərakeş Krallığında bir sıra görüşlər keçirmişdir – Foto

by ulviyya
0 rəy 11 baxış 2 dəqiqə oxuma

“Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) İllik Toplantılarının (2023) keçirildiyi Mərakeş Krallığına işgüzar səfərimiz başlayıb. İlk olaraq Visa-nın Mərkəzi Avropa, Yaxın Şərq və Afrika regionu üzrə Prezidenti Endryu Torre ilə görüşdük”. 

BBN.az xəbər verir ki, sədr X sosial şəbəkəsində paylaşımında qeyd edib ki, görüşdə Mərkəzi Bank ilə Visa arasında əməkdaşlığın cari vəziyyətini, ödəniş sistemlərinin inkişafı, Fintex, rəqəmsal valyuta, maliyyə savadlılığı, Ağıllı şəhər və Ağıllı kənd layihələrinə dəstək məsələlərini müzakirə etdik.

Mərkəzi Bankın sədri Taleh Kazımovun başçılıq etdiyi nümayəndə heyəti həmçinin Mərakeş Krallığına işgüzar səfər çərçivəsində İsveçrə Milli Bankının sədri Thomas Jordan ilə görüşüb. Görüş zamanı hər iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. 

Həmçinin oktyabrın 12-də Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Dünya Bankının (DB) vitse-prezidenti Antonella Bassani ilə görüşüb. 

“Görüş zamanı DB-nin Azərbaycandakı cari fəaliyyəti və yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (2024-2028) hazırlanması, yeni investisiya layihələrinin maliyyələşdirilməsi istiqamətində müzakirələr apardıq. Eyni zamanda Mərkəzi Bank və DB arasında gələcək əməkdaşlıq perspektivləri və həyata keçirilən texniki yardım layihələri ətrafında fikir mübadiləsi apardıq”, – deyə AMB sədri əlavə edib. 

Qeyd edək ki, 12-14 oktyabr 2023-cü il tarixlərində Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Mərakeş Krallığına işgüzar səfəri başlayıb. 

Səfər çərçivəsində Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) Marrakeş şəhərində keçirilən İllik Toplantılarının plenar iclaslarında və Azərbaycanın daxil olduğu Seçki Qrupunun tədbirində iştirak edəcək. 

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.