Home » Peşələr Festivalı Şəmkirdə davam edib

Peşələr Festivalı Şəmkirdə davam edib

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə keçirilən Festival bu dəfə Şəmkir rayonunda marağa səbəb olub.

“Peşəni peşəkardan soruş!” devizi ilə keçirilən Festivalda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib.

Anar Əliyev son dövrdə həyata keçirilən sosial islahatlar barədə məlumat verib, xüsusilə gənclərin əmək bazarına hazırlanması üçün ciddi işlərin görüldüyünü, Peşələr Festivalın da bu istiqamətdə önəmli tədbirlərdən biri olduğunu bildirib.

Daha sonra qonaqlar təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət edib, gənclərə öz tövsiyələrini veriblər.

Festival çərcivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilir.

Qeyd edək ki, bu dəfə də ölkənin 10 rayon və şəhərində keçirilən festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənir, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edir və peşələrlə əyani şəkildə tanış olmaq imkan əldə edirlər.

Bundan başqa festival iştirakçılarına Agentliyin Mərkəzi Karyera filialının karyera məsləhətçiləri tərəfindən peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi təmin edilir, onlara xidmətlər haqqında məlumat verilir.

Növbəti festival 5 noyabr 2023-cü il tarixində Salyan rayonunda keçiriləcək.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.