
Azərbaycanda bank sektorunda şöbə şəbəkəsi üzrə göstəricilər açıqlanıb.
BBN.az Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzv bankların təqdim etdiyi məlumatlar əsasında hazırlanmış topluya istinadən xəbər verir ki, ölkə üzrə ümumi şöbə sayı 197-dir.
Ən çox şöbəyə malik bank Kapital Bank ASC olub. Bankın ölkə üzrə 53 şöbəsi fəaliyyət göstərir. PAŞA Bank ASC 7, ABB ASC isə 9 şöbə ilə siyahıda yer alıb. AFB Bank ASC-nin 4, TuranBank ASC-nin isə 3 şöbəsi mövcuddur.
Bununla yanaşı, AccessBank QSC, Premium Bank ASC, Yapı Kredi Bank Azərbaycan QSC və Ziraat Bank Azərbaycan ASC-nin hər birinin 1 şöbəsi fəaliyyət göstərir.
Məlumatlara əsasən, bir sıra banklarda ayrıca şöbə formatı üzrə fəaliyyət qeydə alınmayıb.
Naxçıvan Muxtar Respublikasında şöbə fəaliyyəti üzrə yalnız Kapital Bank təmsil olunur. Bankın muxtar respublikada 5 şöbəsi fəaliyyət göstərir.
İşğaldan azad edilmiş ərazilərdə isə bank şöbəsi fəaliyyəti qeydə alınmayıb.




