Home » Avrozonada işsizlik sentyabr ayında artıb

Avrozonada işsizlik sentyabr ayında artıb

by yunus
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avro Bölgəsinin sentyabr ayı işsizlik göstəricilərini dərc edib. Məlumatlara görə Aİ-də sentyabr ərzində işsizlik nisbəti demək olar ki, dəyişməz qalıb.

BBN.az xəbər verir ki, Avrozonada avqustda 6,4% olan işsizlik nisbəti sentyabrda 6,5% olub.

Ötən ilin sentyabrında işsizlik səviyyəsi Avro bölgəsində 6,7%, Aİ-də isə 6,1% olaraq müəyyən edilib. Aİ-yə uyğun məlumatlara görə sentyabrda işsizlik nisbəti İspaniyada 12, Yunanıstanda 10, İsveçdə 7,8, İtaliya və Estoniyada 7,4, Fransa və Finlandiyada isə 7,3 faiz təşkil edib. Sentyabr ayında 25 yaşdan kiçik işsiz gənclərin sayı Aİ-də 2 milyon 741 min, Avro bölgəsində isə 2 milyon 232 min olaraq təyin olunub. Gənclər arasında işsizliyin səviyyəsi Aİ-də 14,2 faiz, Avrozonada isə 14 faiz olaraq ölçülüb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.