Home » ASAN İnnovativ Həllər Hakatonunun qalibləri bəlli oldu

ASAN İnnovativ Həllər Hakatonunun qalibləri bəlli oldu

by anar
0 comments 1 views 1 minutes read

“ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ASAN İnnovativ Həllər Hakatonu keçirilib. “Qarabağ üçün əl-ələ” adlı hakaton Gənclər Fondunun, ASAN İnnovativ İnkişaf Mərkəzinin, ASAN Radionun  və “Başkent” restoranlar şəbəkəsinin dəstəyi ilə baş tutub.

Hakaton Qarabağın yenidən qurulması istiqamətində könüllülərin, gənclərin yeni ideya və həllərini ortaya çıxarmaq, onları bir araya gətirmək məqsədilə təşkil olunub. 2 gün ərzində 15 könüllü və gənclər təşkilatını təmsil edən 60 iştirakçı “ASAN xidmət” mərkəzi “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi, “Bilim Bakı” mərkəzi ilə tanış olub.

Sonra sahə üzrə ekspertlərin iştirakı ilə panel görüşlər və təlimlər keçirilib. Ardınca Qarabağın yenidən qurulması istiqaməti üzrə ideya müsabiqəsi gerçəkləşib. Bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov və digər qonaqlar iştirak ediblər.

Müsabiqədə I yerin sahibi olan SOCAR könüllüləri 1000 AZN, II yerin sahibi olan KOBİA könüllüləri 500 AZN, III yerin sahibi olan RİİB könüllüləri isə  300 AZN məbləğində mükafat və sertifikatla təltif olunublar. Qaliblərə ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən hədiyyə təlim paketləri də təqdim olunub. ASAN İnnovativ Həllər Hakatonuna ASAN könüllüləri,  “Regional İnkişaf” İctimai Birliyi, SOCAR könüllüləri, “Gənc Könüllülər” İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı, MEDİA könüllüləri, Könüllü DOST proqramı, “Bir” Tələbə-Könüllü Proqramı,  Ekologiya könüllüləri, “Böyük Qayıdış” Gənclər Təşkilatı, “İrəli” İctimai Birliyi, “Gənclərin Maarifləndirilməsinə” Dəstək İctimai Birliyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi, BDU könüllüləri qoşulublar.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.