Home » “PAŞA Bank”ın dəstəyilə “Call of Data Workshop” adlı tədbir keçirilib

“PAŞA Bank”ın dəstəyilə “Call of Data Workshop” adlı tədbir keçirilib

by khayale
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” İT sahəsinin inkişafına töhfə verən tədbirlərin təşkilini davam etdirir.

Belə ki, Bankın təşəbbüsü ilə 2-3 noyabrda “Call of Data Workshop”u keçirilib. Bu tədbir praktiki proqram məlumatlarının təhlili, idarə olunması və tətbiqi mövzusunu əhatə edib. Tədbir çərçivəsində iştirakçılar yeni texnoloji həllər və ən son meqatrendlər haqqında məlumat əldə ediblər.

Spikerlər “Data Lineage”, “Data Governance” və “Data Management” mövzuları barədə fikirlərini bölüşüblər. Müzakirə olunan məsələlər böyük marağa səbəb olub və tədbir fəal interaktiv formatda keçib.

Qeyd edək ki, “PAŞA Bank”, ölkənin İT sahəsinin inkişafını dəstəkləyən müxtəlif layihələr həyata keçirib. “Rəqəmsal Zirvələr” konfransı, “DevOpsdays” və “Tech Talks” tədbirləri, ənənəvi olaraq keçirilən “PASHA Bank Cup” müsabiqəsi bu istiqamətdə keçirilən layihələr sırasındadır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.