Home » Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyinin nümayəndələri ilə görüşdə məşğulluq sahəsində gələcək əməkdaşlıq müzakirə olunub

Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyinin nümayəndələri ilə görüşdə məşğulluq sahəsində gələcək əməkdaşlıq müzakirə olunub

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ilə Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyinin nümayəndələri arasında görüş keçirilib.

Görüş Dövlət Məşğulluq Agentliyi, Türkiyə İş Qurumu Baş İdarəsi (İŞKUR) və Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının Antalyada (Türkiyə) təşkil etdiyi “NEET-in qlobal və yerli tendensiyaları” adlı konfrans çərçivəsində baş tutub.

Agentliyin sədri Mustafa Abbasbəyli, Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyinin Karyera İnkişafına Dəstək Ofisinin direktoru və İnsan resurslarının inkişafı üzrə baş direktor Kokubun Kazuyukiç  və digər nümayəndələrin iştirak etdiyi görüşdə hər iki qurumun fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, məşğulluq sahəsində görülmüş işlər haqqında məlumat mübadiləsi aparılıb.

M.Abbasbəyli Agentliyin rəqəmsallaşma istiqamətində icra etdiyi layihələr, “Əmək və məşğulluq” altsisteminin funksional imkanları və əmək bazarı iştirakçıları üçün üstünlükləri, habelə bu elektron layihənin beynəlxalq uğurları barədə məlumat verib.

Daha sonra qurumlar arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, tərəfləri maraqlandıran suallar cavablandırılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.