Home » Azərbaycan ABŞ şirkəti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək

Azərbaycan ABŞ şirkəti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə ABŞ-ın “Fortinet” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə nazirlikdən bildirilib.

Bununla əlaqədar ETX-nin rəisi Samir Rəsulov ilə “Fortinet”in regional satış meneceri Şaiq Səmədov arasında görüş keçirilib. Görüşdə bildirilib ki, bu sənəd hər iki şirkət arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsinə yol açacaq. Belə ki, Anlaşma Memorandumunun məqsədi ölkə səviyyəsində kibertəhdidlərin müəyyənləşdirilməsi, kiberinsidentlər barədə məlumat mübadiləsinin təşkil edilməsi, bununla bağlı birgə fəaliyyətin həyata keçirilməsi üçün əməkdaşlığın qurulmasıdır.

20 ildən artıqdır ki, fəaliyyət göstərən “Fortinet” qlobal şirkətlər, xidmət təminatçıları və dövlət qurumları üçün kibertəhlükəsizlik və şəbəkə təhlükəsizliyinin təmin edilməsi üzrə məhsulları və müvafiq xidmətləri təklif edən nüfuzlu şirkətlərdən biridir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.