Home » ABA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib

ABA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib

by Aytac
0 comments 14 views 1 minutes read

20 dekabr 2023-cü il tarixində ABB ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin növbəti iclası baş tutub.

İclas zamanı vahid inkasassiya şirkəti ilə bağlı məsələlər geniş müzakirə edilmiş, bu sahədə Türkiyə Respublikasında fəaliyyət göstərən “Bantaş Nakit ve Kıymetli Mal Taşıma ve Güvenlik Hizmetleri” A.S şirkətinin təqdimatı keçirilmişdir.

Təqdimatda şirkət haqqında geniş məlumat verilmişdir, iclas iştirakçılarını marağlandıran suallar cavablandırılmışdır.

İclas zamanı, həmçinin, gündəlikdə yer alan cari məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.