Home » Dünya Bankı Azərbaycanda real ÜDM artımının proqnozlarını yeniləyib

Dünya Bankı Azərbaycanda real ÜDM artımının proqnozlarını yeniləyib

by anar
0 comment 1 views 1 minutes read

Dünya Bankı Azərbaycanda real ümumdaxili məhsul artımının 2024-cü ildə 2,4 faiz olacağını proqnozlaşdırıb.

Dünya Bankının “Global Economic Prospects” məruzəsinə əsasən 2025-ci ildə Azərbaycanda ÜDM artımı 2,5 faiz səviyyəsində proqnozlaşdırılır.

Beləliklə, ölkədə orta illik artım 2,45 faiz olacaq.

Qeyd etmək lazımdır ki, bu proqnozlar Dünya Bankının Azərbaycan iqtisadiyyatı ilə bağlı 2023-cü ilin oktyabrında keçirdiyi qiymətləndirmə ilə üst-üstə düşür.

Dünya Bankının qiymətləndirmələrinə görə 2023-cü ildə Azərbaycanda ÜDM 1,5 faiz olub.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi Azərbaycanda ÜDM artımının 2024-cü ildə 2,4 faiz səviyyəsində, 2025-ci ildə isə 2,9 faiz səviyyəsində olacağını proqnozlaşdırır.

Xatırladaq ki, 2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda ÜDM 2022-ci ilin analoji dövrü ilə müqayisədə 0,8 faiz artaraq 110,2 milyard manata çatıb.

Trend

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.