Home » “Vergi orqanlarında könüllü fəaliyyətin təşkili” mövzusunda təlimlər keçirilib

“Vergi orqanlarında könüllü fəaliyyətin təşkili” mövzusunda təlimlər keçirilib

by anar
0 comment 0 views 1 minutes read

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) seçilmiş könüllülər fəaliyyətə başlamazdan əvvəl videoformat şəklində “Vergi orqanlarında könüllü fəaliyyətin təşkili” mövzusunda ümumi təlimlərə cəlb olunub.

DVX-nin mütəxəssisləri tərəfindən keçirilmiş təlimlər çərçivəsində “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin fəaliyyətinin əsasları”, “Dövlət vergi orqanları, onların hüquq və vəzifələri”, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış məsələləri. Daxili xidməti intizam və məsuliyyət”, “Vergi orqanlarında məlumat təhlükəsizliyi” və “Könüllü fəaliyyətin məqsədi və motivasiya” mövzularında təqdimatlar edilib.

Təlimlərin məqsədi vergi orqanlarında könüllü fəaliyyətə cəlb olunacaq əməkdaşların vergi orqanlarının iş prinsipi barədə ətraflı məlumatlandırılması, xüsusi sahələr üzrə bilik və təcrübələrinin artırılması olub. Təlimlərdə iştirakçılara vergi orqanlarında işin təşkili, vergi ödəyiciləri ilə davranış və könüllü fəaliyyətin mahiyyəti ətraflı şəkildə izah edilib, iştirakçıların sualları cavalandırılıb.

Təlimlərdə 40-dan çox könüllü iştirak edib. Könüllülərin vergi ödəyicilərinə xidmət mərkəzlərində fəaliyyət göstərəcəyi nəzərdə tutulur.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.