Home » “Dövlət satınalmaları haqqında” yeni Qanunun tətbiqi ilə bağlı onlayn seminar keçiriləcək

“Dövlət satınalmaları haqqında” yeni Qanunun tətbiqi ilə bağlı onlayn seminar keçiriləcək

by khayale
0 comment 1 views 1 minutes read

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Dövlət satınalmaları haqqında” yeni Qanunun tətbiqi ilə bağlı seminar keçiriləcək. Seminar elektron formatda “Zoom” platforması üzərindən təşkil ediləcək.

Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov, şöbə müdirinin müavinləri Zəminə Əliyeva və Elşən Həsənov təlimçi qismində çıxış edəcəklər. Seminarda yeni Qanun və onun icrasından irəli gələn normativ hüquqi aktların izahı veriləcək, mövzu ilə əlaqədar iştirakçıların sualları cavablandırılacaq.

Dövlət Xidməti sahibkarlıq subyektlərini, dövlət satınalan təşkilatlarının təmsilçilərini və digər maraqlı tərəfləri seminarda iştiraka dəvət edir.

  • Tarix: 19 fevral 2024-cü il, saat 18:00
  • Seminar müddəti: 2 saat
  • Format: elektron, “Zoom” vasitəsilə

Seminarda iştirak etmək üçün linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.

Son qeydiyyat tarixi 18 fevral 2024-cü ildir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.