Home » 2024-cü ilin yanvar ayında 5,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş

2024-cü ilin yanvar ayında 5,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş

by anar
0 rəy 2 baxış 2 dəqiqə oxuma

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar ayında 5,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, neft-qaz sektorunda məhsul istehsalı 2,5 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 8,9 faiz artmışdır.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 66,6 faizi mədənçıxarma sektorunda, 27,1 faizi emal sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,3 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 4,2 faiz artmışdır.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 2,8 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,1 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 67,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 54,1 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 48,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 41,0 faiz, mebel istehsalı 40,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 35,0 faiz, tikinti materiallarının istehsalı 34,5 faiz, tütün məmulatlarının istehsalı 28,3 faiz, geyim istehsalı 27,5 faiz, elektrik avadanlıqlarının istehsalı 24,9 faiz, hazır metal məmulatlarının istehsalı 18,3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 18,0 faiz, qida məhsullarının istehsalı 8,7 faiz, içkilərin istehsalı 6,3 faiz artmış, poliqrafiya məhsullarının istehsalı 0,8 faiz, kağız və karton istehsalı 1,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 1,4 faiz, neft məhsullarının istehsalı 9,6 faiz, sair sənaye məhsullarının istehsalı 13,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 48,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 66,5 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 11,0 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,2 faiz artmışdır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.