Home » 2024-cü ilin yanvar ayında 9131,0 milyon manatlıq ÜDM istehsal olunmuşdur

2024-cü ilin yanvar ayında 9131,0 milyon manatlıq ÜDM istehsal olunmuşdur

by anar
0 rəy 2 baxış 1 dəqiqə oxuma

2024-cü ilin yanvar ayında ölkədə 9131,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,0 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur.

Dövlət Statistika Komitəsindən BBN.az-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 12,3 faiz artmışdır.

ÜDM istehsalının 41,9 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,8 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 896,7 manata bərabər olmuşdur.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.