Home » Energetika naziri Pərviz Şahbazov TAP-ın icraçı direktoru ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov TAP-ın icraçı direktoru ilə görüşüb

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 2-ci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov TAP-ın icraçı direktoru Luka Skyepatti ilə görüşüb.

Görüşdə Trans-Adriatik Boru Kəmərinin (TAP) 2026-cı ildən etibarən əlavə olaraq 1,2 milyard kubmetr genişləndirilməsinin birinci mərhələsi üzrə görülən işlər, növbəti genişlənmə üçün aparılan bazar sınaqlarının gedişatı, regional qaz təchizatı infrastrukturlarının inkişafına dair müzakirələr aparılıb.

Boru kəmərinin əlavə tədarük üçün 2025-ci ilin sonuna hazır olacağı, İtaliyaya 1 milyard kubmetr, Albaniyaya isə 200 milyon kubmetr qaz nəql ediləcəyi bildirilib. TAP-ın İtaliya da daxil Avropa ölkələrinin qaza tələbatının əhəmiyyətli hissəsini qarşıladığını vurğulayan Luka Skyepatti Azərbaycan qazının enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib.

Görüşdə karbon neytrallığının əldə olunması məqsədilə Yunanıstan və Albaniyada yerləşən kompressor stansiyalarının elektrikləşdirilməsi, həmçinin boru kəmərinin ötürücülük gücünün artırılması çərçivəsində hidrogen və digər bərpa olunan qazların tədarükü perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.