0

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın Tunis ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 2,46 dəfə artaraq 97,3 milyon ABŞ dollarına bərabər olub.
Bu ilin ilk rübündə ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,53 dəfə artıb və 94,5 milyon dolları ötüb.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Tunis ilə ticarətin payı 1,82 faiz təşkil edib.




