Home » Mərkəzi Bank: Valyuta bazarında tarazlıq qorunmuşdur

Mərkəzi Bank: Valyuta bazarında tarazlıq qorunmuşdur

by ulviyya
0 rəy 5 baxış 1 dəqiqə oxuma

“2024-cü ilin əvvəlindən bəri də valyuta bazarında tarazlıq qorunmuşdur. İlin ötən dövründə Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarının bir neçəsində valyutaya tələb artmışdır”.

BBN.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Mərkəzi Bankının məlumatında qeyd edilib.

“Buna səbəb dövlət investisiyaları və özəl sektorun istehlakının aktivləşməsi nəticəsində idxalın maliyyələşməsinin genişlənməsidir. 2024-cü ilin 2 ayında qeyri-neft investisiya qoyuluşları ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.1% artmışdır ki, bunun da əhəmiyyətli hissəsi daxili mənbələr hesabına maliyyələşmişdir. Bu, qeyri-neft idxalı üzrə qabaqcadan ödənişlərin artması ilə müşayiət olunmuşdur.

Qeyd olunanlar idxal mənşəli valyuta tələbinin artımını təsdiqləyir. Ümumilikdə, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. 2023-cü ilin yekunu üzrə tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun (ÜDM) 11.5%-i səviyyəsində profisit olmuşdur.

Ticarət balansında 2024-cü ilin ilk 2 ayında 2.3 mlrd. ABŞ dolları məbləğində profisit formalaşmışdır. Proqnozlara əsasən mövcud meyillərin davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olacağı (yanvar proqnozu: 7-8 mlrd.ABŞ dolları) gözlənilir.

Bununla yanaşı fevralda depozit dollarlaşmasının azalmaqda davam etməsi yığım vasitəsi kimi manata inamın qorunduğunu göstərir.

Belə ki, fevralda maliyyə sektoru çıxılmaqla hüquqi və fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi yanvar ayına nəzərən 1.3 faiz bəndi, ötən ilin fevral ayı ilə müqayisədə isə 9 faiz bəndi azalmışdır”, – deyə açıqlamada qeyd edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.