Home » Rusiyanın Federal Vergi Xidmətinin məhkəmə işlərinin təşkili sahəsində təcrübəsi öyrənilib

Rusiyanın Federal Vergi Xidmətinin məhkəmə işlərinin təşkili sahəsində təcrübəsi öyrənilib

by anar
0 comments 2 views 1 minutes read

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndə heyəti Rusiyanın Federal Vergi Xidmətinin (FVX) vergi mübahisələri ilə bağlı məhkəmə işlərinin təşkili sahəsində təcrübəsi ilə tanışlıq məqsədilə Moskva şəhərinə səfər edib.

Səfər zamanı məhkəmə işlərinin təşkili, vergi orqanları tərəfindən vergi mübahisələri ilə bağlı məhkəmə təcrübəsinin nəzərə alınması, vergi ödəyicisi tərəfindən məhkəməyə müraciət etməzdən əvvəl vergi orqanına müraciətin məcburiliyinə dair qanunvericiliyə dəyişikliklər, vergi nəzarəti tədbirlərinin məhkəmələr tərəfindən ləğvi halları və bir sıra digər məsələlərlə bağlı Rusiya təcrübəsi öyrənilib.

DVX-nin Beynəlxalq vergitutma və vergi monitorinqi, Hüquq, eləcə də Lokal gəlirlər baş idarələrinin əməkdaşlarından ibarət nümayəndə heyətinə vergi mübahisələri ilə bağlı tətbiq olunan təcrübəyə dair təqdimat edilib, Rusiyanın vergi orqanları tərəfindən bu sahədə həyata keçirilən işləri yaxından izləmək imkanı yaradılıb.

Tərəflər gələcəkdə də əməkdaşlığı davam etdirmək niyyətlərini bildiriblər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.