Home » Bank of Baku-da “Hepatiti tanı, səhhətini qoru” seminarı baş tutub

Bank of Baku-da “Hepatiti tanı, səhhətini qoru” seminarı baş tutub

by yunus
0 comments 0 views 1 minutes read

Bankçılıq fəaliyyəti ilə yanaşı, korporativ sosial məsuliyyət layihələri ilə də seçilən Bank of Baku növbəti maarifləndirici seminarını reallaşdırıb.

“İnsanın ən dəyərli kapitalı sağlamlıqdır!” şüarı ilə Bank of Baku əməkdaşları üçün təşkil edilən seminar Ümumdünya Hepatit Gününə həsr olunub. “Hepatiti tanı, səhhətini qoru” mesajının vurğulandığı seminarın əsas məqsədi qaraciyər sağlamlığı, hepatit virusları, eləcə də xəstəliyin profilaktikası və müalicəsi barədə məlumatlılığı artırmaq olub.

Nərimanov Tibb Mərkəzinin həkimi qastroenteroloq-hepatoloq Dr. Arzu Hüseynova tərəfindən keçirilən seminarda hepatit viruslarının növləri, yoluxma yolları, əlamətləri, profilaktika tədbirləri, peyvəndlənmənin əhəmiyyəti və müasir müalicə imkanları barədə ətraflı məlumat verilib.

Həkim bildirib ki, hepatitlərin qarşısının alınmasında maariflənmə, profilaktik tədbirlərə əməl olunması, peyvəndlənmə və vaxtında diaqnostika həlledici rol oynayır. O əlavə edib ki, hepatitlər erkən mərhələdə aşkarlandıqda və düzgün müalicə olunduqda qaraciyəri sağlam saxlamaq mümkündür. Seminar çərçivəsində qaraciyər sağlamlığının qorunmasına və həyat tərzinin bu orqanın fəaliyyətinə təsirləri də müzakirə edilib. Sonda iştirakçılar onları maraqlandıran sualları həkimə ünvanlayaraq geniş məlumat əldə ediblər.

Qeyd edək ki, Bank of Baku əməkdaşların sağlamlığının qorunmasını və sağlam həyat tərzinin təşviqini korporativ mədəniyyətin mühüm istiqamətlərindən biri hesab edir. Bu məqsədlə Bank mütəmadi olaraq əməkdaşları üçün sağlamlıq, şəxsi inkişaf istiqamətində məlumatlandırıcı tədbirlər təşkil edir.

Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.