Home » Nazir Məcnun Məmmədov Kənd Qadınları Assosiasiyasının nümayəndələri ilə görüşüb

Nazir Məcnun Məmmədov Kənd Qadınları Assosiasiyasının nümayəndələri ilə görüşüb

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kənd Qadınları Assosiasiyasının nümayəndələri ilə görüşüb. Görüşdə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı və Nazirliyin əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Kənd Qadınları Assosiasiyasının Sədri Gülbəniz Qənbərova Assosiasiyanın strateji hədəflərini açıqlayıb. Assosiasiya sədri fermer qadınların biznes mühitinə inteqrasiyasının dəstəklənməsi, onların sosial və iqtisadi inkişafının sürətləndirilməsi üçün Fermer Qadınların  Respublika Platformasının yaradılması təşəbbüsü ilə çıxış edib. Gülbəniz Qənbərova əlavə edib ki, kənd qadınlarının regionların iqtisadi inkişafına töhfəsini artırmaq və onu dayanıqlı etmək məqsədilə yaradılacaq platforma kollektiv qadın aqro-bizneslərinin inkişafı üçün etibarlı alətdir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Fermer Qadınların Respublika Platformasının yaradılması təklifini müsbət dəyərləndirib, bu platformanın yaradılması üçün təkliflər verib. Nazir Məcnun Məmmədov Kənd Təsərrüfatı Nazirliyinin aqrar sahənin inkişafı, kənd yerlərində məşğulluğun artırılması istiqamətində qadın fermerlərin fəaliyyətini, o cümlədən Fermer Qadınların Respublika Platformasının yaradılması təklifini dəstəklədiyini vurğulayıb.

Görüşdə iştirak edən Assosiasiya nümayəndələri  – Zaqatalada fəaliyyət göstərən “BƏNÖVŞƏ” Qadın Kooperativinin Sədri Elmira Hacıyeva və “ÇİNAR” Qadın Kooperativinin Sədri Səadət Dibirova qadın fermerlərin fəaliyyətindən söz açıb, bu istiqamətdə həyata keçirilən layihələr, həyata keçirilən tədbirlərlə bağlı məlumat veriblər.

Görüşdə ölkədə qadın sahibkarların fəaliyyəti, bu istiqamətdə dəstək tədbirləri, əlverişli biznes mühiti və qadınların aqrar sahənin inkişafına verdikləri töhfə barədə fikir mübadiləsi aparılıb, qadın fermerlərin rəy və təklifləri qeydiyyata alınıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.