Home » Şəkidə keçiriləcək “KOB FEST” sərgi-satış yarmarkasında məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-ların nəzərinə!

Şəkidə keçiriləcək “KOB FEST” sərgi-satış yarmarkasında məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-ların nəzərinə!

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“KOB FEST”də iştirak etmək istəyən KOB-lar iyulun 15-dək KOBİA-nın saytı vasitəsilə müraciət etməlidir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 18-20 iyul tarixlərində Şəki şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək.

Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektləri iyulun 15-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Şəki” qeyd olunmalıdır).

Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanacaq.

“KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını artırmaqdır. Yarmarka həmçinin həssas əhali qrupuna aid sahibkarlıq subyektlərinin, sənətkarların və yaradıcı şəxslərin məhsullarının satışına dəstək olmağı, istehsalçı və təchizatçı şirkətləri bir platformada toplamaqla onlar arasında işgüzar əlaqələrin qurulmasını hədəfləyir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunacaqdır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.