2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanda ümumi sahəsi 702 min 910.5 kvadrat metr olan 5204 ədəd yaşayış evi tikilib istifadəyə verilib.
BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə tikilən evlərin sayı 36% və ya 2926 ədəd azalıb. Belə ki, 2023-cü ilin müvafiq dövründə ümumi sahəsi 891 min 689 kvadrat metr olan 8130 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.
Qeyd edək ki, hesabat dövründə tikilib istifadəyə verilmiş bina evlərinin sayı 873 ədəd, fərdi yaşayış evlərinin sayı isə 4331 ədəd təşkil edib.
Əlavə edək ki, bu mənzillərin 4331 ədədi əhali tərəfindən, 447 ədədi qeyri-dövlət müəssələri tərəfindən, 426 ədədi isə dövlət müəssələri tərəfindən tikilib istifadəyə verilib.