Home » Apple, iOS 18 ilə inqilab etməyə hazırlaşır

Apple, iOS 18 ilə inqilab etməyə hazırlaşır

by yunus
0 rəy 5 baxış 1 dəqiqə oxuma

Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Apple, iOS 18 ilə inqilab etməyə hazırlaşır. iPhone, iOS 18 versiyası ilə icihazlar istiafadəçilər üçün daha ağıllı, daha sürətli və daha çox fərdiləşdirilə bilən xüsusiyyətlərlə dolu olacaq.

BBN.az xəbər verir ki, iOS 18 sentyabr ayında həyatımıza daxil olacaq. Apple,bu yenilənmə ilə istifadəçilərin gündəlik əməliyyatları sadələşdirməyi, cihazlardan daha səmərəli istifadə etməyi, ünsiyyəti asanlaşdırmağı planlayır.

iOS 18 ilə həyatınıza girəcək ən diqqət çəkən yeniliklər bunlar olacaq.

İlk olaraq, iOS 18 ilə ChatGPT-nin iPhone cihazlarında daha dərin inteqrasiyası gözlənilir. Bu inteqrasiya Siri və ya digər Apple xidmətləri ilə işləyərək istifadəçilərə suallar verməyə, müxtəlif tapşırıqları yerinə yetirməyə və təbii dildə məzmun yaratmağa kömək edə biləcək.

iOS 18 ilə gələn ikinci yenilik “Tap to Cash” adlanan ödəmə üsuludur. Bu xüsusiyyət istifadəçilərə Apple Pay vasitəsilə iki iPhone-u toqquşduraraq ödənişlər etməyə imkan verir. Bu yeni ödəniş üsulu telefon nömrəsini və ya e-poçt ünvanını paylaşmağı tələb etmədən pul köçürməsini asanlaşdıracaq.

Son olaraq, bu il təqdim edəcəyi yeni “Göz İzləmə” funksiyası ilə Apple, fiziki qüsurlu insanlara iPad və ya iPhone-larını gözlərindən istifadə edərək idarə etməyə imkan verəcək.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.