Home » Aqrar Sığorta Fondunda heyvandarlıq ekspertləri üçün təlimlər keçirilir

Aqrar Sığorta Fondunda heyvandarlıq ekspertləri üçün təlimlər keçirilir

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Aqrar Sığorta Fondunda heyvandarlıq sığortası üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün təlimlərə başlanılıb.

Ölkənin müxtəlif bölgələrindən olan baytar, zootexnik və başqa əlaqəli ixtisasa sahib 5 namizəd təlimlər zamanı heyvandarlıq sığortası, sığortanın əhatə etdiyi predmetlər və risklər, sığorta hadisəsi baş verdikdə dəyən zərənin hesablanması və sair mövzular üzrə biliklərə yiyələnəcəklər. İştirakçılara təlimlər Aqrar Sığorta Fondunun heyvandarlıq sığortası ekspertləri tərəfindən keçirilir.

Kənd təsərrüfatı heyvanlarının sığortalanması zamanı təsərrüfatlara baxışın keçirilməsi, eləcə də hadisə baş verdikdə onun səbəblərinin müəyyən edilməsi aqrar sığorta ekspertləri tərəfindən həyata keçirilir. Bu xidmətin müqabilində Aqrar Sığorta Fondu tərəfindən ekspertlərə xidmət haqqı ödənilir.

Qaydalara əsasən Aqrar Sığorta Fondunda təlimlərdə iştirak etmiş namizədlər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanda iştirak edəcəklər. İmtahandan uğurla keçən namizədlər müstəqil aqrar sığorta eksperti sertifikatını alaraq fəaliyyətə başlayacaqlar.

Qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində əkin sahələri ilə yanaşı, heyvandarlıq təsərrüfatlarının sığortalanması da həyata keçirilir.

Fermer və təsərrüfatlar aqrar sığorta vasitəsilə südlük və ətlik mal-qaranı, eləcə də xırda-buynuzlu heyvanları çoxsaylı risklərdən sığorta edə bilərlər.

Bu zaman fermerlərə dəstək üçün sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir. Müxtəlif hadisələrdən heyvanlar tələf olduqda fermerlərə dəymiş zərər Aqrar Sığorta Fondu tərəfindən qarşılanır.

2022-ci ildə heyvandarlıq sığortası üzrə fermer və təsərrüfatlara 710 min manat, 2023-cü ildə 910 min manat, 2024-cü ilin ilk 7 ayında isə 678 min manat sığorta ödənişi edilib.

Aqrar sığorta məhsulları, şərtləri və sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi (www.asf.gov.az), 1651 Çağrı Mərkəzi, eləcə də bölgələrdəki filiallarından əldə etmək olar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.