Home » Ziraat Bank Azərbaycanın Müşahidə Şurasına yeni sədr təyin edilib

Ziraat Bank Azərbaycanın Müşahidə Şurasına yeni sədr təyin edilib

by anar
0 rəy 13 baxış 1 dəqiqə oxuma

Dünyanın 19 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun tərkib hissəsi olan “Ziraat Bank Azərbaycan “ ASC-nin Müşahidə Şurasına yeni təyinat olub. Dövri yerdəyişmə planına uyğun olaraq “Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasının sədri Himmet Aksoy öz vəzifəsini Hüseyn Özuysala təhvil verib.

Hüseyn Özuysal peşəkar karyerasına 1994-cü ildən T.C. Ziraat Bankası A.Ş.-də başlayıb. Uzun illər bankda departament rəhbəri, qrup rəhbəri kimi vəzifələrdə çalışan  Özuysal, hazırda T.C. Ziraat Bankası A.Ş.-in İnsan Resursları üzrə İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır və bank sahəsində zəngin təcrübəyə malikdir.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 9 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın  InstagramTwitterLinkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.