Home » “Fitch” qlobal iqtisadi artım proqnozunu yüksəldib

“Fitch” qlobal iqtisadi artım proqnozunu yüksəldib

by yunus
0 comment 0 views 1 minutes read

“Fitch Ratings” qlobal iqtisadiyyatın artım proqnozunu yüksəldib.

BBN.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” bu il qlobal iqtisadiyyat üçün artım proqnozunu 2,6 faizdən 2,7 faizə yüksəldib.

“Fitch” Qlobal İqtisadi Perspektivlər Hesabatının sentyabr buraxılışını “ABŞ Federal Ehtiyat Sisteminin (FED) monetar ekspansiya dövrü başlayır” başlığı ilə dərc edib.

Hesabatda qeyd olunub ki, bu il dünya iqtisadiyyatının tarixi tendensiyaya uyğun olaraq 2,7 faiz artacağı gözlənilir.

Hesabatda bu göstəricinin iyun ayında proqnozlaşdırılandan 0,1 bənd yüksək olduğu, ABŞ, Böyük Britaniya, Braziliya və Rusiya üçün artım proqnozlarının yuxarıya doğru yenidən nəzərdən keçirildiyi bildirilib.

Hesabatda həmçinin bildirilir ki, ABŞ-da artım tempinin azalması səbəbindən qlobal iqtisadi artımın 2025-ci ildə 2,5 faizə, 2026-cı ildə isə 2,4 faizə enməsi gözlənilir.

 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.