Home » “AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə Daşkəsən rayonunda növbəti səyyar tibbi müayinə aksiyası keçirilib.

“Öncə sağlamlıq!” devizi altında təşkil olunan aksiyada “Çovdar” qızıl mədəninin yaxınlığında yerləşən Çovdar kəndi, Şadax yaşayış məntəqəsi, Çaykənd, Quşçu, Bayan və digər  kəndlərin sakinləri 3 gün müddətində ödənişsiz olaraq müxtəlif tibbi xidmətlərdən yararlanıblar. Aksiyanın ilk günündə şəhid ailələri, o cümlədən qazi və müharibə iştirakçıları müayinəyə cəlb edilib.  Peşəkar həkim briqadası tərəfindən 300 nəfərdən çox sakin ümumi cərrah, otorinolarinqoloq, terapevt, endokrinoloq, kardioloq, nevropatoloq, pediatr, USM, EXO, EKQ, qanın və sidiyin ümumi analizi, qanda virus hepatitlərin təyini, ambulator qan təzyiqi monitorizasiyası və şəkərin təyini müayinələrindən keçirilib. Qeyd olunan istiqamətlər üzrə sakinlərə ümumilikdə 1226 xidmət göstərilib.

Qeyd edək ki, 2021-ci ildən etibarən mütəmadi olaraq keçirilən səyyar tibbi müayinə aksiyası ucqar kənd sakinlərinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının artırılması, xəstəliklərin erkən diaqnostikası və profilaktik müayinə mədəniyyətinin təbliği məqsədi daşıyır. 4 ildir ki, həyata keçirilən aksiyalar zamanı ümumilikdə 2000 nəfərdən çox Daşkəsən sakini ödənişsiz olaraq müxtəlif tibbi xidmətlərdən yararlanıb. Müayinələr əsnasında müxtəlif xəstəlikləri aşkarlanan vətəndaşlara müvafiq müalicə kursları təyin edilib.

Xatırladaq ki, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin yaxınlığında yerləşən kəndlərin sakinləri “AzerGold” QSC tərəfindən mütəmadi olaraq ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi və s. istiqamətlər üzrə icra edilən layihələrdən faydalanırlar. Məqsəd bölgədə yaşayanların, xüsusilə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələlərin qayğı ilə əhatələnməsi, bu istiqamətdə icra edilən dövlət siyasətinə əlavə töhfə verməkdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.