Home » Braziliyada Avropa İttifaqı və Böyük Britaniya ilə COP çərçivəsində “yaşıl tərəfdaşlıq” müzakirə edilib

Braziliyada Avropa İttifaqı və Böyük Britaniya ilə COP çərçivəsində “yaşıl tərəfdaşlıq” müzakirə edilib

by anar
0 comment 1 views 2 minutes read

Braziliyanın G20-yə sədrliyi çərçivəsində keçirilən enerji tədbirlərində iştirak məqsədilə Foz do İquaçu şəhərində səfərdə olan energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib.

Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Kadri Simsonla görüşdə təbii qaz təchizatı, “yaşıl enerji” tərəfdaşlığı və COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. COP29 Sədrliyinin irəli sürdüyü 14 təşəbbüsün 3-nün enerji sahəsini əhatə etdiyi qeyd olunub. COP çərçivəsində Aİ ilə birgə planlaşdırılan tədbirlər, o cümlədən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Gürcüstan, Rumıniya, Macarıstan, Bolqarıstanın, eləcə də şirkətlər və maliyyə institutlarının iştirakı ilə  “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə keçiriləcək yüksək səviyyəli tədbir zamanı layihənin texniki-iqtisadi əsaslandırmasının ilkin hesabatının təqdim olunması ilə bağlı fikir mübadiləsi edilib. Bu dəhliz üzrə işlərin cari vəziyyəti, layihənin Mərkəzi Asiya  ölkələrinin qoşulmaqla genişləndirilməsi istiqamətində atılan addımlar nəzərdən keçirilib. Gələn il layihəyə PMI (Ortaq Maraqlar Layihəsi) statusu üçün müraciət ediləcəyi bildirilib. Həmçinin Naxçıvan üzərindən Türkiyə vasitəsilə Avropaya “yaşıl enerji” infrastrukturunun qurulmasına da toxunularaq bu layihələrin əhəmiyyəti Avropada elektrik enerjisinə gözlənilən tələbat artımı, enerji təhlükəsizliyi və enerji keçidi  kontekstində  dəyərləndirilib.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Parlamentinin “Enerji Təhlükəsizliyi və Xalis Sıfır”  departamentində dövlət katibinin müavini Keri Makkarti  ilə görüşdə isə ölkələrimiz arasında enerji sahəsində uzunmüddətli strateji tərəfdaşlığın “yaşıl enerji”, dekarbonizasiya istiqamətləri ilə şaxələnən inkişafından məmnunluq ifadə edilib. Bu xüsusda, təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun həyata keçirildiyi vurğulanıb. Azərbaycanın neft-qaz sənayesinin karbonsuzlaşdırılmasında bp ilə icra olunan “Şəfəq” layihəsinin əhəmiyyətindən bəhs olunub.

Görüşdə COP29-un “yaşıl enerji zonası və dəhliz”lər, elektrik şəbəkələrinin gücləndirilməsi və enerji saxlama imkanlarının artırılması, hidrogenin inkişafı üzrə enerji təşəbbüslərindən də danışılıb. Böyük Britaniya enerjiyə keçid məqsədinə çatmağa imkan yaradan bu təşəbbüslərə qoşulmağa dəvət edilib. “Enerji günü”ndə keçirilən tədbirlərdə iştirakla yanaşı COP-un iqlim və “yaşıl enerji keçidi” ilə bağlı hədəflərini irəli aparmaq üçün zəruri olan maliyyələşmə məsələsi, həmçinin Böyük Britaniya ilə potensial təşəbbüslər üzrə əməkdaşlıq imkanları da müzakirə edilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.