
Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu üzrə gündüz reyslərinin istifadəyə verilməsi hazırda gündəmdə deyil.
Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, sözügedən istiqamətdə gündüz reyslərinin təşkili ilə bağlı hazırda hər hansı iş aparılmır.
Azər Fərəcov bildirib ki, hazırda marşrut üzrə yalnız bir qatar fəaliyyət göstərir və sərnişin tələbatını qarşılamaq məqsədilə həmin qatarın tərkibinə əlavə vaqonların qoşulması istiqamətində işlər görülür.
Departament rəisi həmçinin qeyd edib ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə bilet qiymətlərinin ciddi şəkildə endirilməsi ilə bağlı hazırda hər hansı müzakirə aparılmır.




